Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ceyranbatan qəsəbə sakini Şəhriyar Hümbətzadənin oxuduğu orta məktəbə bomba qoyulması ilə bağlı məlumat təsdiqini tapmamışdır

19.11.2009

Saat 10.20 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edərək “Ceyranbatan qəsəbəsindəki 1 nömrəli orta məktəbə bomba qoymuşam” deyərək telefonu söndürmüşdür. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə  Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş və təsdiqini tapmamışdır.
Abşeron RPŞ əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində yalan məlumatın Ceyranbatan qəsəbə sakini, həmin məktəbin 10-cu sinif şagirdi Şəhriyar Hümbətzadə tərəfindən verilməsi müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.

19.11.2009 tarixinə olan kriminal məlumatlar