Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Aslan Quliyevə bıçaqla xəsarət yetirmiş şəxslər tutulmuşlar

18.11.2009

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də Aslan Quliyevə bıçaqla xəsarət yetirmiş Novxanı kənd sakinləri Balaqardaş Hacıyev, Mübariz Zairov və Amil Həsənov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların A.Quliyevdən və onun tanışı Şərəfə Fərəcovadan 3 ədəd mobil telefon almaları müəyyən edilmişdir.