Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 16 cinayət faktı qeydə alınmışdır

16.11.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 16 cinayət faktı qeydə alınmışdır ki, onların da 11-i “isti izlər”lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. 
  • 6 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 2 nəfər yaralanmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.