Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Maştağa qəsəbəsində yaşayan Cavanşir Mustafayevə məxsus evin mətbəxində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir

16.11.2009

Saat 08.50 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində yeni tikilmiş evdə yaşayan Cavanşir Mustafayevə məxsus 1 otaqlı evin mətbəxində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə mətbəxin yanar konstruksiyaları yanmış, C.Mustafayev və arvadı Sədaqət yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişlər.Araşdırmalar aparılır.