Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şirvan şəhərindəki T.Ələkbərov küçəsində yol-nəqliyyat hadisəsi

15.11.2009

Saat 14.50 radələrində Şirvan şəhərindəki T.Ələkbərov küçəsində, şəhər sakinləri Rəfayel Fərziyevin idarə etdiyi “QAZ-3110” markalı və Fəzli Balayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər 2 sürücü və F.Balayevin sərnişinləri, həmyerliləri Nahid Bayramov, Ülvi Əbilhəsənov, İbrahim Cəfərov və Rövşən Həbibov xəstəxanaya yerləşdirilmişlər. F.Balayev orada ölmüşdür. Şirvan ŞRPŞ tərəfindən araşdırmalar aparılır.