Y.Çəmənzəminli küçəsindəki “Debüt” bankda qarət hadisəsi baş vermişdir
12.11.2009 Saat 08.30 radələrində tibb maskası taxmış naməlum şəxs Nərimanov rayonu Y.Çəmənzəminli küçəsindəki “Debüt” banka məxsus valyuta dəyişmə məntəqəsinə gəlib odlu silahdan havaya atəş açmış, məntəqənin işçisi Tərlan Məlikzadəyə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək salafan torbada olan 8.000 manatı götürüb oradan çıxmış, Atatürk prospekti ilə H.Əliyev küçəsinin kəsişməsində dayanmış “KİA” markalı avtomaşına oturub sürücü Rəşid Abbasovu tapança ilə hədələyərək hadisə yerindən uzaqlaşmış, izlənildiyini gördüyündən Z.Bünyadov prospektində düşərək qaçmışdır. Nərimanmov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.