Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Bakı şəhər sakini Balakərim Zeynalov tutulmuşdur

12.11.2009

DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Xosrovov, Rahil Orucov və Şöhrət Adıgözəlovla birgə oğurluqda iştirak etmiş digər şəxs, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Balakərim Zeynalov tutulmuşdur.
B.Zeynalovdan 1,7 qram həşiş, 6,1 qram marixuana, habelə Beynəlxalq Hava Limanında sərnişinlərdən oğurlanmış qol saatları, mobil telefonlar, qızıl əşyaları və fotoaparatlar götürülmüşdür.