Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Gilanə Səfərova və Gülyanaq Əhmədova saxlanılmışlar
12.11.2009 DIN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də Böyük Şor Lokomotiv Deposundan 3 ədəd pnevmatik sarğı, 4 ədəd kontakt birləşdirici və elektrovozun hissələrini sökərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Gilanə Səfərova və Gülyanaq Əhmədova saxlanılmışlar.