Cəlilabad rayonunun Günəşli kəndində yol-nəqliyyat hadisəsi
12.11.2009 Saat 13.00 radələrində Cəlilabad rayonunun Günəşli kəndində, rayon sakini Habil Hüseynov “VAZ-2102” markalı avtomaşını idarə edərkən kənd sakinləri Əfqan Vəliyevi, Rövşən Abdullayevi və onun oğlu Əlövsəti vurmuşdur. Nəticədə Ə.Vəliyev hadisə yerində ölmüş, xəsarət almış R.Abdullayev və Əlövsət isə xəstəxanaya yerləşdirilmişlər. Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.