Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Siyəzən rayon sakini R.İlyasovu aldadaraq ona məxsus çantanı apardığına görə Qəbələ rayon sakini M.Mirəzizov saxlanılmışdır

11.11.2009

Saat 01.00 radələrində Siyəzən rayon sakini Rauf İlyasov Siyəzən RPŞ-yə müraciət edərək noyabrın 10-da Xırdalan şəhəri ərazisində “VAZ-2104” markalı avtomaşına sərnişin qismində oturub (avtomaşın Qəbələ rayon sakini Murad Mirəzizova məxsusdur) Siyəzən rayonuna gedəcəyini bildirdiyini, lakin H.Z.Tagıyev qəsəbəsində sürücü tərəfindən aldadılaraq avtomaşından düşürüldüyünü və içərisində 340 manatı və mobil telefonu olan çantasının avtomaşında aparıldığını bildirmişdir.

Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın M.Mirəzizovla birgə Quba rayonu ərazisində saxlanılmış və Sumqayıt ŞPİ-yə təhvil verilmişdir. Araşdırmalar aparılır.

11.11.2009 tarixinə olan kriminal məlumatlar