Quldurluğa görə tutulmuş Q.Səfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində yeni faktlar müəyyən edilmişdir
11.11.2009 Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən Bakı şəhər sakini Aqşin Nuriyevin idarə etdiyi “Hyundai” markalı avtomaşına oturub, bıçaqla hədələyərək pul verməsini tələb etdiyinə görə tutulmuş Qismət Səfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Ramin adlı şəxslə birgə cari ilin oktyabrın 31-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Bakı şəhər sakini Mahmud Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşına sərnişin qismində oturub bıçaqla onu hədələyərək 160 manatını, qızıl əşyası və mobil telefonunu ondan almaları müəyyən edilmişdir.