Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saatlı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.11.2009

Saat 19.00 radələrində Saatlı rayonu ərazisində Füzuli rayon sakini İbrahim Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı və Sabirabad rayon sakini Şahin Şəmmədovun idarə etdiyi “QAZ-33021” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış İ.Mirzəyev və sərnişini, Füzuli rayon sakini Adilə Zeynalova xəstəxanaya yerləşdirilmişlər. A.Zeynalova orada ölmüşdür. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.