Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.11.2009 Saat 16.30 radələrində Abşeron rayonu ərazisində, Sumqayıt şəhər sakini Orxan Məmmədov “Fiat” markalı avtomaşını idarə edərkən Bakı şəhər sakinləri Ülviyyə Səfərovanı, Elmir Məmmədovu və Biləsuvar rayon sakini Laçın İsmayılovanı vurmuşdur. Nəticədə xəsarət almış Ü.Səfərova, E.Məmmədov və L.İsmayılova xəstəxanaya yerləşdirilmişlər. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.