Qısqanclıq zəminində arvadı Cəmiləni qətlə yetirmiş İsmayıllı rayonunun Talıstan kənd sakini Şərafət İbadov könüllü olaraq polisə gəlmişdir
05.11.2009 Saat 10.00 radələrində İsmayıllı rayonunun Talıstan kənd sakini Şərafət İbadov evində, qısqanclıq zəminində arvadı Cəmiləyə küt alətlə baş nahiyəsindən xəsarət yetirmişdir. Cəmilə aldığı xəsarətdən evində ölmüşdür. S.İbadov könüllü olaraq İsmayıllı RPŞ-yə gəlmişdir. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.