360 nömrəli aptekin satıcısı Ədalət Əfəndiyevin psixotrop tərkibli dərman satması müəyyən edilmişdir
03.11.2009 DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbəsindəki 360 nömrəli aptekin satıcısı Ədalət Əfəndiyevin 2 ədəd psixotrop tərkibli dərman satması müəyyən edilmişdir. Aptekə baxış zamanı qanunsuz saxlanılan və satılan 546 ədəd psixotrop tərkibli müxtəlif dərmanlar aşkar edilərək götürülmüşdür.