Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Ramil Bayramovu bıçaqla hədələyərək pul tələb etmiş Böyükağa Eyvazovdan 0,536 qram heroin götürülmüşdür

03.11.2009

Saat 23.00 radələrində Nərimanov rayonundakı A.Şərifzadə küçəsində naməlum şəxs Bakı şəhər sakini Ramil Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomaşına sərnişin qismində oturub C.Hacıbəyli küçəsinə gedəcəyini bildirmişdir. C.Hacıbəyli küçəsində həmin şəxs R.Bayramovu bıçaqla hədələyərək pul verməsini tələb etmişdir. DİN Baş Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Böyükağa Eyvazov tutulmuş, ondan 0,536 qram heroin götürülmüşdür.