Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

03.11.2009

Saat 18.30 radələrində Qobustan rayonu ərazisində Şamaxı rayon sakini Yunis Xasıyevin idarə etdiyi “VAZ-2103” markalı və Tərtər rayon sakini Cahangir Qəhrəmanovun idarə etdiyi “Ford” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Y.Xasıyev və sərnişinlərindən Şamaxı rayon sakinləri Ağasəf Cəbrayılov və 2009-cu il təvəllüdlü Adsız Cəbrayılov hadisə yerində ölmüş, xəsarət almış Gülər Cəbrayılova, habelə C.Qəhrəmanov isə xəstəxanaya yerləşdirilmişlər. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.