Noyabrın 1-də Mədinə Əhmədovanı qətlə yetirmiş şəxslərdən ikisi tutulmuş, digər iki şəxs müəyyən edilmişdir
02.11.2009 DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də Mədinə Əhmədovanı qətlə yetirmiş Culfa rayon sakinləri Fərrux Babasoy və Heydər Zöhrəliyev tutulmuş, Azər və Murad adlı şəxslər isə müəyyən edilmişlər.