Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəki şəhər sakini Salam Məmmədova məxsus odlu silah götürülmüşdür

01.11.2009

Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakini Mahir Camalovun idarə etdiyi “Opel” markalı avtomaşın nəzarət qaydasında saxlanılmışdır. Avtomaşına baxış zamanı 1 ədəd xaricdə istehsal olunmuş “Naqan” tipli tapança aşkar edilərək götürülmüşdür. Araşdırmalar zamanı silahın Şəki şəhər sakini Salam Məmmədova məxsus olması və təmir məqsədi ilə M.Camalova verilməsi müəyyən edilmişdir.
S.Məmmədovun evinə baxış zamanı 1 ədəd “TOZ-8” markalı tüfəng, 62 ədəd müxtəlif çaplı güllə, 1 ədəd tüfəng lüləsi, 1 ədəd qaytarıcı yayı ilə birgə çaxmaq dəstəyi və 2 ədəd giliz aşkar edilərək götürülmüşdür.
S.Məmmədov tutulmuşdur. Araşdırmalar aparılır.