Sabirabad rayon sakini Rəşad İsmayılov tutulmuşdur
31.10.2009 Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbül prospektində Qazaxıstan vətəndaşı İlqar Hüseynova məxsus mağazadan 5 ədəd mobil telefonu açıq yolla talamağa cəhd göstərmiş Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad İsmayılov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun oktyabrın 17-də Bakı şəhər sakini Malik Sultanova məxsus ofisdən mobil telefon oğurlaması müəyyən edilmişdir.