Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 40 cinayət faktı qeydə alınmışdır

02.02.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 40 cinayət faktı qeydə alınmışdır ki, onların da 33-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.