Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq etmiş Sədərək rayon sakini Malik Əliyev barəsində cinayət işi başlanmışdır

29.10.2009

Cari ilin iyul-avqust ayları ərzində Sədərək rayon sakini Malik Əliyev Bakı şəhər sakinləri Mənsur Pənahovun, Tahir Mirzəxanovun və Abşeron rayon sakini Vəfa Cəfərovanın etimadlarını qazanaraq işə düzəldəcəyi adı ilə müvafiq olaraq onlardan 11.500, 6.000 dollar və 9.400 manat almışdır. Fakt üzrə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır.