Nizami rayonu R.Rüstəmov küçəsində 1 nəfər avtomaşınla vurularaq həlak olmuşdur
02.02.2006Saat 15:25 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində, Masallı rayon sakini Zaur Abışov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, həmin küçədə yaşayan Menisa Vəliyevanı vurmuşdur. Nəticədə xəsarət almış M.Vəliyeva xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.