Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.10.2009 Saat 06.05 radələrində Xızı rayonu ərazisində Salyan rayon sakini Bəxtiyar Məmmədov “Qazel” markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış “Akkord” Şirkətlər Qrupuna məxsus “Ford” markalı avtomaşına vurmuşdur. Nəticədə B.Məmmədov və sərnişini, Salyan rayon sakini Vüsal Məhərrəmov hadisə yerində ölmüşlər. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.