Oktyabrın 25-də idarə etdiyi avtomaşınla S.Dadaşovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçan sürücünün şəxsiyyəti müəyyən edilmişdir
28.10.2009 Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Samir Dadaşovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini “VAZ-2107” markalı avtomaşınla törədib hadisə yerindən qaçanın Füzuli rayon sakini Nahid Əliyev olması müəyyən edilmişdir.