Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

02.02.2006

Bakı şəhər BPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Amil Həsənovdan 0,83 qr tiryək, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Ağayevdən isə 0,228 qr heroin və avtomaşının qapılarını açmaq üçün 4 ədəd qarmaq götürülmüşdür. Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Famil Mirzəyevdən 0,223 qram heroin, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Feyzullayevdən 0,234 qram heroin, 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax rayon sakini Ruslan Hüseynovdan 0,206 qram heroin, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Aleksandr Baranovdan 0,227 qram heroin, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Vüqar Süleymanovdan 0,219 heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Yevlax rayon sakini Ramil Mustafayevdən 0,247 qram heroin götürülmüşdür.