M.Ə.Rəsulzadə qəsəbə sakini Ənvər Sadıqovdan odlu silah və vasitələri götürülmüşdür
24.10.2009 Saat 12.10 radələrində Nəsimi rayonundakı D.Əliyeva küçəsində, həmin küçədə yerləşən daxili məhəllədə yaşayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov “Toyota” markalı avtomaşınını idarə edərkən, ondan asılı olmayan səbəbdən “Mercedes” markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş vermişdir. Bu zaman həmin sürücü avtomaşının yük yerindən avtomat silahı çıxararaq H.Məmmədovu hədələyib hadisə yerindən getmişdir.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş M.Ə.Rəsulzadə qəsəbə sakini Ənvər Sadıqov tutulmuş, onun M.Fətəli küçəsi ev 152-də kirayədə götürdüyü mənzilə baxış zamanı 1 ədəd “AK” silahı, 29 ədəd avtomat gülləsi və 1 ədəd güllə darağı aşkar edilərək götürülmüşdür. Araşdırmalar aparılır.