Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun kənd sakini Paşa Oba Xəzər Dadaşovu və Umud Ruhullayevi yaralamış Orxan Musayev tutulmuşdur

24.10.2009

Saat 16.15 radələrində Quba rayonunun Paşa Oba kəndində, kənd sakini Orxan Musayev qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Xəzər Dadaşovu və hadisə yerinin yaxınlığında olan Umud Ruhullayevi yaralamışdır. Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində O.Musayev tutulmuş, ondan 1 ədəd ov tüfəngi götürülmüşdür. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.