Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi

24.10.2009

Saat 15.30 radələrində Quba rayonu ərazisində Alekseyevka kənd sakini Şahin Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı və Ərməkli kənd sakini Elmir Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və Ş.Hüseynovun sərnişini, Qəçrəş kənd sakini Nurlan Bədirov xəstəxanaya yerləşdirilmişlər. Ş.Hüseynov orada ölmüşdür. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.