Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi

24.10.2009

Saat 19.00 radələrində Şəmkir rayonunda, Sabirkənd kənd sakini Babək Vəliyevin idarə etdiyi “Qazel” markalı, Tovuz rayon sakini Rövşən Qocayevin idarə etdiyi “VAZ-2106” markalı və  Mingəçevir şəhər sakini Şəmsi Səlimovun idarə etdiyi “VAZ-2104” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə R.Qocayev hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Tovuz rayon sakini Rahilə Alıyeva isə xəstəxanaya yerləşdirilmişdir. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.