Sumqayıt şəhərindəki 38 saylı Orta Məktəbin 47 şagirdinə, onların zəhərlənmələrinə səbəb olmuş suxarini paylayan şəxslər müəyyən edilmişdir
22.10.2009Saat 15.00 radələrində Sumqayıt şəhərindəki 38 saylı Orta Məktəbin 47 şagirdi (onlardan 33-ü oğlan, 14-ü isə qız olmuşdur) zəhərlənmə ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına müraciət etmişlər.
Araşdırmalar zamanı Sumqayıt şəhər sakini Elvin Həsənovun və Bakı şəhər sakini İlkin Fətullayevin “VAZ-2106” markalı avtomaşında gətirdikləri, Ukrayna istehsalı olan 40 qramlıq suxarini pulsuz şagirdlərə paylamaları müəyyən edilmişdir.
Şagirdlərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Araşdırmalar aparılır.