Mayın 17-də Biləsuvar rayon sakini M.Poladova saxta 50 manatlıq əskinas verərək ondan ərzaq məhsulu almağa cəhd göstərmiş şəxslər tutulmuşlar
21.10.2009 Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də Biləsuvar rayon sakini Müşfiq Poladova saxta 50 manatlıq əskinas verərək ondan ərzaq məhsulu almağa cəhd göstərmiş İsmətli kənd sakini Əli İbayev, Süleyman Litfizadə, Cavid Əbilov və Vüqar İbayev tutulmuşlar. Faktla əlaqədar cinayət işi başlanmışdır.