Axtarışda olan Rusiya Federasiyası vətəndaşı Mahmud Əliyev Yaponiyanın Niqata şəhərində tutulmuşdur
19.10.2009 Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı Mahmud Əliyev Yaponiyanın Niqata şəhərində tutulmuş və ekstradisiya edilməsi üçün tədbirlər görülür.