Axtarışda olan R.Hüseynov onun tutulması məqsədi ilə Ağdaş RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına qumbara atmış, odlu silahdan atəş açaraq hadisə yerindən qaçmışdır
17.10.2009Oktyabrın 18-də saat 14.00 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə axtarışda olan Ağdaş rayonunun Kotavan kənd sakini Ruzman Hüseynovun evində gizlənməsi barədə daxil olmuş məlumata əsasən, onun tututlması məqsədi ilə Ağdaş RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı R.Hüseynov polis əməkdaşlarına qumbara atmış, odlu silahdan atəş açaraq hadisə yerindən qaçmışdır.
Bundan sonra R.Hüseynov odlu silahdan atəş açaraq həmkəndlisi Baxşəli Seyfəlovu qətlə yetirmiş, digər həmkəndlisi Famil Əhmədova isə xəsarət yetirmişdir.
R.Hüseynovun tututlması üçün tədbirləri davam etdirilir.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən davam etdirilir.