Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində Tovuz rayon sakini A.Məmmədov avtomaşını idarə edərkən Ş.Mustafayevi, Ə.Həsənovu və A.Hüseynovu vurmuşdur

17.10.2009

Oktyabrın 18-də saat 16.00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində Tovuz rayon sakini Ayaz Məmmədov “VAZ-21074” markalı avtomaşını idarə edərkən kənd sakinləri Şahin Mustafayevi, Ələddin Həsənovu və Anar Hüseynovu vurmuşdur. Nəticədə Ə.Həsənov və A.Hüseynov hadisə yerində ölmüş, xəsarət almış Ş.Mustafayev isə xəstəxanaya yerləşdirilmişdir.

Bundan sonra bir qrup şəxs çağırışla hadisə yerinə gəlmiş, hadisə yerini mühafizə edən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları, polis serjantları Rəşad Allahverdiyevi, Emin Mehdiyevi, Vidadi Hüseynlini döymüş, habelə hadisə yerinə gəlmiş RPŞ-nin əməkdaşları, polis polkovnik-leytenantı Məhəmməd Həsənova, polis serjantları Azər Vəliyevə və Xəyal Dostuyevə qarşı müqavimət göstərmiş, 2 ədəd xidməti “BMV” markalı avtomaşınları isə aşırmışlar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şəmkir rayon sakinləri Nofəl Askanov, Elşən Nəcəfov, Samir Sadıqov, Vüqar Həsənov, Ağasəf Hüseynov, Ruslan Hüseynov, Fərrux Həbibli və Alı İslamzadə tərəfindən törədilməsi müəyyən edilmişdir.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. Araşdırmalar aparılır.

17.10.2009 tarixinə olan kriminal məlumatlar