Oktyabrın 17-də H.Əliyev prospektində Bakı şəhər sakini R.Səmədov saxlanılmışdır
17.10.2009 Oktyabrın 17-də saat 01.35 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini Rüstəm Səmədov sərxoş halda ictimai qaydanı kobud surətdə pozduğuna və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan Nərimanov rayon Mühafizə İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşlarına qarşı müqavimət göstərdiyinə və əlindəki bıçaqla onlara xəsarət yetirməyə cəhd göstərdiyinə görə saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Nərimanov RPİ-nin 17-ci PB-nə təhvil verilmişdir.