Nərimanov rayon sakini L.Muqanlinskaya ülgüclə özünün qan damarlarını kəsməsi nəticəsində qan itirmədən ölmüşdür
16.10.2009 Saat 23.00 radələrində Nərimanov rayonundakı M.Cümə küçəsi ev 18-də, orada yaşayan ruhi xəstə Lyudmila Muqanlinskaya münaqişə zəminində anası Vera Vasiliyevnaya başından küt alətlə xəsarət yetirmiş, sonra isə ülgüclə özünün qan damarlarını kəsmişdir. Nəticədə Lyudmila qan itirmədən ölmüş, Vera isə xəstəxanaya yerləşdirilmişdir. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.