Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

R.Xosrovov, R.Orucov və Ş.Adıgözəlovla birgə oğurluq etmiş Sumqayıt şəhər sakini A.Aslanov tutulmuşdur

15.10.2009

DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Xosrovov, Rahil Orucov  və Şöhrət Adıgözəlovla birgə oğurluq etmiş Sumqayıt şəhər sakini Aslan Aslanov tutulmuşdur. A.Aslanovun və R.Orucovun evlərinə baxış zamanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təyyarələrin yük yerindən oğurladıqları 4 ədəd mobil telefon, 9 ədəd qol saatı, yaddaş kartları və mobil telefonların aksessuarları aşkar edilərək götürülmüşdür.

15.10.2009 tarixinə olan kriminal məlumatlar