Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oktyabrın 13-də R.Xosrovov və Ş.Adıgözəlovla birgə oğurluq etmiş V.Zeynalov və R.Orucov tutulmuşlar

14.10.2009

DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Rafiq Xosrovov və Şöhrət Adıgözəlovla birgə oğurluq etmiş Bakı şəhər sakini Vasif Zeynalov və Cəbrayıl rayon sakini Rahil Orucov tutulmuşlar. V.Zeynalov və onun qardaşı Bəhruzun evinə baxış zamanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təyyarələrin yük yerindən oğurladıqları 9 ədəd mobil telefon, 5 ədəd qol saatı, 1 ədəd videokamera, 1 ədəd fotoaparat, 1 ədəd kompüter, 1 ədəd CD pleyer, yaddaş kartları və mobil telefonların aksessuarları aşkar edilərək götürülmüşdür.

14.10.2009 tarixinə olan kriminal məlumatlar