Xətai rayonu Gəncə prospektindəki 5 mərtəbəli evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir
14.10.2009 Oktyabrın 16-da saat 06.35 radələrində Xətai rayonu Gəncə prospektindəki daşdan tikilmiş 5 mərtəbəli 44 nömrəli evin 78-ci mənzilində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mənzilin pəncərə şüşələri sınmış, onun sahibi Rəvanə Məlikova və onun oğlu Amil isə xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.