Samux rayonunun Lək kəndində yol-nəqliyyat hadisəsi
12.10.2009 Saat 20.00 radələrində Samux rayonunun Lək kəndində, rayon sakini Nicat Abbasov “VAZ-2107” markalı avtomaşını idarə edərkən Lək kənd sakini, 2002-ci il təvəllüdlü Vüsalə Qarayevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Qarayeva orada ölmüşdür. Samux RPŞ tərəfindən araşdırmalar aparılır.