Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 33 cinayət faktı qeydə alınmışdır

11.10.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayət faktı qeydə alınmışdır ki, onların da 24-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
  • 6 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.