Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Təngəaltı kəndində yol-nəqliyyat hadisəsi

11.10.2009

Saat 09.00 radələrində Quba rayonunun Təngəaltı kəndində Kunxırt kənd sakini Mürsəl Qəhrəmanov “VAZ-21011” markalı avtomaşını idarə edərkən onu hasara vurmuşdur. Nəticədə sərnişinlərindən qardaşı Mais hadisə yerində ölmüş, xəsarət almış M.Qəhrəmanov və Altay Abdullayev isə xəstəxanaya yerləşdirilmişlər. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.