Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonunun Əlibəyli kəndində yol-nəqliyyat hadisəsi

11.10.2009

Saat 13.10 radələrində Tovuz rayonunun Əlibəyli kəndində Yuxarı Öysüzlü kənd sakini Elçin Abbasov “QAZ-24” markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış E.Abbasov və sərnişinləri, Yuxarı Öysüzlü kənd sakinləri Cavid Allahverdiyev, Əvəz Qasımov və Afiq Aslanov xəstəxanaya yerləşdirilmişlər. Tovuz RPŞ tərəfindən araşdırmalar aparılır.