Cəbrayıl rayon sakinləri Eyvaz Əlizadə və Məhəmmədəli Hüseynovun bomba qoyulması barədə yalan məlumat verməsi müəyyən olunmuşdur
10.10.2009 Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da metronun “Nizami” stansiyasına bomba qoyulması barədə yalan məlumatın Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayon sakinləri Eyvaz Əlizadə və Məhəmmədəli Hüseynov tərəfindən verilməsi müəyyən edilmişdir.