Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbə sakini Həsən Əhmədova odlu silahdan açdığı atəşlə xəsarət yetirmiş Amal Bayramlı tutulmuşdur
10.10.2009 Saat 23.45 radələrində Sumqayıt şəhərindəki H.Z.Tağıyev qəsəbəsində, qəsəbə sakini Amal Bayramlı sərxoş halda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi Həsən Əhmədova ayaq nahiyəsindən xəsarət yetirmişdir. Sumqayıt RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Bayramlı tutulmuş, ondan 1 ədəd “Vinçester” markalı tüfəng götürülmüşdür.