Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.10.2009

Saat 06.40 radələrində Ucar rayonu ərazisində Bakı şəhər sakini Ümid Babayevin idarə etdiyi “Hyundai” markalı, Göyçay rayon sakini Qurban Hidayətovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar və Zərdab rayon sakini Səfəralı Səfərəliyevin idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “Belorus” markalı traktor toqquşmuşlar. Nəticədə Ü.Babayevin sərnişinlərindən Lənkəran rayon sakini Fərhad Dadaşov hadisə yerində ölmüş, xəsarət almış Arzu Babayeva, habelə Q.Hidayətovun sərnişini, həmyerlisi Hümbət Həsənov isə xəstəxanaya yerləşdirilmişdir. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.