Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“Nizami” metrostansiyasına bomba qoyulması barədə məlumat təsdiqini tapmamışdır

09.10.2009

Saat 18.20 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək metronun “Nizami” stansiyasına bomba qoyulması barədə məlumat vermişdir. Məlumat DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, fakt təsdiqini tapmamışdır.