Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi

06.10.2009

Saat 18.00 radələrində Ağdaş rayonunda, rayon sakini Elşən Heydərovun idarə etdiyi “VAZ-21099” markalı və Abad kənd sakini Lətif Mustafayevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və E.Heydərovun sərnişini, Ağdaş rayon sakini Gülər Səmədova xəstəxanaya yerləşdirilmişlər. Ağdaş RPŞ tərəfindən araşdırmalar aparılır.