Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.10.2009

Saat 20.10 radələrində Göyçay rayonu ərazisində Qarayazı kənd sakini Balaqardaş Əsgərovun idarə etdiyi “QAZ-24” markalı,  Bakı şəhər sakini Famil Ələkbərovun idarə etdiyi “VAZ-21074” markalı və Ağdaş rayon sakini Müşfiq Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış B.Əsgərov, M.Abdullayev və onun sərnişinləri, arvadı Leyla və qızı Fatimə xəstəxanaya yerləşdirilmişlər.  DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.